Sumqayıt dəmir yolu stansiyası ilin sonunadək istifadəyə veriləcək

12.10.2018 11:50

Bakıətrafı dairəvi dəmir yolunun bir hissəsi olan Sumqayıt dəmir yolu stansiyası bu ilin sonuna kimi istifadəyə veriləcək.

Xezerxeber.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə müsahibəsində deyib.

C.Qurbanov bildirib ki, Bakıətrafı dairəvi dəmir yolunun təşkili istiqamətində işlər davam edir. Burada 14 stansiya olacaq və 30 min sərnişinə xidmət edəcək. Həmin dəmir yolu ilə 15 elektrik qatarının hərəkət etməsi nəzərdə tutulur. 20-dən çox yeraltı və yerüstü keçidlər təşkil ediləcək. Dairəvi dəmir yolunun Sumqayıt-Sabunçu hissəsində də işlər yekunlaşmaq üzrədir.

© xezerxeber.az


241 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR