ABŞ neftin qiymətinə dair proqnozunu artırıb

11.10.2018 10:51

ABŞ neftin qiymətinə dair proqnozunu artırıb.

AZƏRTAC ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) aylıq hesabatına istinadla xəbər verir ki, cari ildə "Brent” markalı xam neftin bir barrelinin orta qiyməti 74 dollar, "Light” neftinin qiyməti isə 68 dollar/barrel olacaq. 2019-cu ildə "Brent” neftinin qiymətinin 75 dollar/barrel, "Light”ın bir barrelinin qiymətinin 69 dollar səviyyəsində olacağı nəzərdə tutulur.

EIA sentyabrdakı hesabatında "Brent”in bir barrelinin builki qiymətinin 73 dollar, "Light” neftinin qiymətinin 67 dollar/barrel, gələn il üçün isə müvafiq olaraq 74 dollar/barrel və 68 dollar/barrel olacağını proqnozlaşdırırdı.

"Keçən həftə xam neftin qiyməti son 4 ilin ən yüksək səviyyəsinə çatıb. ABŞ-ın İrana qarşı sanksiyalarının noyabrın 4-dən etibarən yenidən qüvvəyə minməsi nəticəsində İranın xam neft istehsalı və ixracının sərt şəkildə azalacağı nəzərdə tutulur. Yaponiya, Koreya Respublikası, Çin və Hindistan kimi əsas neft idxalçısı ölkələr İrandan xam neft tədarükünü qarşıdakı aylarda əhəmiyyətli dərəcədə azalmağı planlaşdırır”, - deyə hesabatda bildirilir.

© xezerxeber.az


63 dəfə oxunub

XƏBƏRLƏR

16.10.2018 20:34

Paşinyan istefa verdi

ÇOX OXUNANLAR