Bal yarmarkası İŞİNƏ BAŞLADI

08.10.2018 14:58

Bu gün arıçılıq məhsullarının 19-cu sərgi-satış yarmarkası fəaliyyətə başlayır.

XəzərXəbər xəbər verir ki, bunu sərginin açılış mərasimində çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Hüseynov bildirib.

Onun sözlərinə görə, nazirlik bir ay öncə dövlət aqrar inkişaf mərkəzlərinə müraciət edərək, bu yarmarkada iştirakla bağlı siyahının müəyyən edilməsi istiqamətində tapşırılıq verib:

"Sərgi oktyabr ayının 30-a qədər davam edəcək. Həmçinin ayın sonuna qədər arıçılar öz məhsullarını xüsusi anbarlara təhvil veriblər. Qida Təhlükəsizliyi Agentliyi ilə birgə bal yarmarkasına təqdim edilən məhsulların analizini aparmışıq. Bu günə qədər təqdim edilən 150 ton məhsuldan 30 tona yaxın bal keyfiyyətsiz olaraq müəyyən edilib. Yarmarkada ancaq keyfiyyətli balın satışı təmin edilib. Yararsız bal məhsulları isə xüsusi anbarda saxlanılmaqdadır".

© xezerxeber.az

FOTOQALERIYA






227 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR