İqtisadiyyat üzrə Nobel mükafatı təqdim olundu

08.10.2018 14:20

2018-ci il Nobel həftəsi çərçivəsində iqtisadiyyat üzrə mükafat təqdim olunub.

Xezerxeber.az-ın məlumatına görə, bu il mükafatı Uilyam Nordhaus və Pol Romer əldə edib.

U.Nordhaus iqlim dəyişikliyinin iqtisadiyyata vurduğu zərər, P.Romer iqtisadi inkişaf sahəsində işlərinə görə mükafata layiq görülüb .

Bununla da 2018-ci il Nobel həftəsi başa çatıb.

Xatırladaq ki, bu il Nobel tibb mükafatını amerikalı immunoloq Ceyms Allison və yaponyalı immunoloq Tasuko Honco, fizika mükafatını amerikalı Artur Aşkin, Donna Strikland və fransalı Jerar Muru, kimya mükafatını Frensis Arnold, Corc Smit və Qreqori Vinter və sülh mükafatını konqolu həkim Denis Mukveqe və kürd mənşəli Nadia Murad əldə edib.

Bu il ədəbiyyat üzrə Nobel mükafatı təqdim olunmayıb.

Mükafatların təqdimetmə mərasimi ənənəyə uyğun olaraq dekabrın 10-da keçiriləcək.

© xezerxeber.az


90 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR