Naxçıvan-Bakı-Naxçıvan avtobus ilə 24 mindən çox sərnişin daşınıb

08.10.2018 12:36

Ötən doqquz ayda İran İslam Respublikasından keçməklə Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutu ilə Naxçıvandan Bakıya 11 min 944, Bakıdan Naxçıvana isə 12 min 678 sərnişin daşınıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ötən dövrdə əhaliyə göstərilən avtonəqliyyat xidmətinin səviyyəsinin yüksəldilməsi üçün bir sıra tədbirlər görülüb. Belə ki, daşımalarla məşğul olan hüquqi və fiziki şəxslərlə maarifləndirici söhbətlər aparılıb, avtobuslar və mikroavtobuslar texniki müayinədən keçirilib. Sürücülər üçün Naxçıvan Şəhər Təsərrüfathesablı Nəqliyyat İdarəsində "Tibbi müayinə otağı” yaradılıb. Avtovağzalların payız-qış mövsümünə hazırlığı da diqqətdə saxlanılıb, şəhərlərarası və rayonlararası marşrut avtobuslarının hərəkət qrafiki təkmilləşdirilib.

Avtonəqliyyat vasitələri ilə təhlükəsiz sərnişin daşınmasına, marşrut qrafikinə, xətdə olarkən avtobusların sürət həddinə nəzarət olunması üçün Naxtel-4G GPS monitorinq izləmə sistemindən istifadə edilib, sürücülərin həftədə bir dəfə qrup şəklində muzeylərə ekskursiyaları təşkil olunub.

Muxtar respublikanın bütün yaşayış məntəqələri marşrutla təmin edilib, 496 taksi əhaliyə xidmət göstərib.

© xezerxeber.az


173 dəfə oxunub

XƏBƏRLƏR

11.12.2018 16:38

İrlandiyada vergi sistemi

ÇOX OXUNANLAR