Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələr açıqlanıb

13.09.2018 11:23

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın ən çox məhsul idxal etdiyi ilk üç ölkənin adı açıqlanıb.

Dövlət Gömrük Komitəsindən xezerxeber.az-a bildirilib ki, səkkiz ayda idxalda əsas ölkələrin siyahısında ilk sırada Rusiya olmaqla, Türkiyə və Çin qərarlaşıb. Rusiyadan məhsul idxalının dəyəri 1 milyard 65 milyon 36 min ABŞ dolları, Türkiyədən 1 milyard 2 milyon 537 min dollar, Çindən isə 720 milyon 660 min dollar olub.

© xezerxeber.az


228 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR