Azərbaycan və Belarus arasında ticarət dövriyyəsi 151 milyon dolları ötüb

13.09.2018 08:45

2018-ci ilin 8 ayı ərzində Azərbaycan və Belarus arasında idxal-ixrac əməliyyatlarının həcmi 151 milyon dolları ötüb.

Xezerxeber.az bildirir ki, bu barədə AZƏRTAC-a Belarus Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, hesabat dövründə Azərbaycana Belarusdan idxalın həcmi 139 milyon 939 min 77 ABŞ dolları, Azərbaycandan Belarusa ixracın həcmi isə 11 milyon 639 min 98 ABŞ dolları olub.

Qeyd edək ki, ötən ildə iki ölkə arasında əmtəə dövriyyəsi 160,7 milyon dollar təşkil edib.

© xezerxeber.az


223 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR