Çexiyanın Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin 85 faizi Azərbaycanın payına düşür

12.09.2018 14:28

Çexiyanın Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin 85 faizi Azərbaycanın payına düşür.

AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev sentyabrın 12-də Bakıda keçirilən Azərbaycan-Çexiya biznes-forumunda deyib.

"Avropa İttifaqının (Aİ) Azərbaycanın biznes mühitinə dair 2018-ci il üzrə hesabatında bildirilir ki, Aİ şirkətlərinin 65 faizi ölkədəki mövcud makroiqtisadi vəziyyəti müsbət, 89 faizi isə gələcəkdə ölkənin makroiqtisadi vəziyyətini yaxşı və stabil kimi qiymətləndirir", - deyə nazir qeyd edib.

© xezerxeber.az


78 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR