"Azərbaycan qlobal təbii qaz bazarında mühüm aktorlardan olacaq"

12.09.2018 12:06

Qarşıdakı onilliklərdə Azərbaycan qlobal təbii qaz bazarında mühüm aktorlardan olacaq.

Xezerxeber.az xəbər verir ki, bu sözləri sentyabrın 12-də Bakıda jurnalistlərə açıqlamasında Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol deyib.

"Hazırda Azərbaycanın təbii qaz hasilatı illik 18 milyard kubmetr civarindadır. Qarşıdakı 20 ildə Azərbaycanın təbii qaz istehsalının 3 dəfə artacağını proqnozlaşdırırıq", - deyə Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru qeyd edib.

Fatih Birol deyib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunması, mənbələrin və marşrutların şaxələndirilməsi baxımından mühüm rol oynayır.

O bildirib ki, Avropa İttifaqı ötən illərdə qitənin enerji təhlükəsizliyi üçün vacib qərarlar qəbul edib. Burada əsas məsələ təbii qaz tədarükü üzrə mənbələrin və marşrutların şaxələndirilməsidir: "Düşünürəm ki, Azərbaycanın həyata keçirdiyi TANAP və TAP layihələri mühüm əhəmiyyət kəsb edir. TANAP boru kəməri artıq istifadəyə verilib, TAP-la bağlı işlərin də vaxtında icra olunacağına inanıram".

© xezerxeber.az

FOTOQALERIYA






226 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR