Bu il iş adamları tərəfindən elektron gömrük xidmətinə 2 milyondan çox müraciət edilib

12.09.2018 11:29

İlin ilk səkkiz ayında iş adamları tərəfindən elektron gömrük xidmətinə 2 milyondan çox müraciət olunub.

Xezerxeber.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev "Gömrük orqanlarında aparılan islahatlar və nəticələr" mövzusunda keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, elektron gömrük xidmətinin yaratdığı imkanlar barədə daim sahibkarlarla görüş keçirilir, seminarlar təşkil edilir: "Tətbiq edilən elektron xidmətlər gömrük prosedurlarını asanlaşdırır, vətəndaş ilə məmur təmasını minimuma endirir".

© xezerxeber.az


196 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR