Bu il 1,8 milyona yaxın heyvan peyvənd olunub

10.08.2018 15:06

Bu ilin yeddi ayında ölkə ərazisində bruselyoz xəstəliyinə qarşı 1 milyon 462 min 309 baş xırdabuynuzlu heyvanda "Rev-1” vaksini, 329 min 461 baş iribuynuzlu heyvanda "S-19” vaksini ilə peyvəndləmə işləri aparılıb. Hazırda ölkə ərazisində bu xəstəliyə qarşı peyvəndləmə tədbirləri davam etdirilir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən xezerxeber.az-a bildiriblər ki, həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə bu il 513 min 40 baş iribuynuzlu, 150 min 652 baş xırdabuynuzlu heyvandan qan nümunəsi alınaraq seroloji müayinə olunub.

Qeyd edək ki, bruselyoz insanların və müxtəlif heyvanların yoluxa biləcəyi infeksion xəstəlikdir.

Dövlət Baytarlıq Xidməti bildirir ki, heyvanlar arasında bruselyozun ləğv edilməsi insanlarda bu xəstəliyin qarşısının alınmasının ən yaxşı yoludur. Odur ki, ölkəmizdə bu xəstəliyin ləğvi istiqamətində lazımi addımlar atılmaqla, təşkilat-təsərrüfat tədbirləri davam etdirilməkdədir.

© xezerxeber.az


177 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR