Cari ildə qeyri-OPEC ölkələrinin neft təklifi artacaq

10.08.2018 14:53

Bu il Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv olmayan ölkələrin neft təklifi artacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir. Bildirilir ki, 2018-ci ildə OPEC-ə üzv olmayan ölkələrin neft təklifi 2 milyon barrel gündəlik 59 milyon 900 min barrelə çatacaq.

IEA qeyri-OPEC ölkələrinin neft təklifinin gələn il isə 1 milyon barrel çoxalaraq sutkada 61 milyon 700 min barrel səviyyəsində olacağını proqnozlaşdırır.

© xezerxeber.az


192 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR