TPAO İstanbul və Tekirdağda neft axtarmaq niyyətindədir

09.08.2018 15:17

"Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) şirkəti İstanbul və Tekirdağda neft axtarmaq niyyətindədir.

Bu barədə Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin Neft İşləri İdarəsinin (PİGM) "Resmi Gazete”də yer alan məlumatında deyilir. Bildirilir ki, TPAO İstanbulun Kamiloba və Tekirdağın Karaevli bölgələrində neft axtarışına dair lisenziya almaq üçün PİGM-ə müraciət edib.

Qeyd edək ki, TPAO-nun xaricdəki istehsal fəaliyyətlərində təqribən 77 faizlə ilk yeri Azərbaycandakı layihələri tutur. TPAO "Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrində 19 faizlik, Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi layihəsində 6,8 faizlik, "BTC Ko.”da isə 6,53 faizlik paya sahibdir.

© xezerxeber.az


195 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR