Rubl kəskin ucuzlaşdı

09.08.2018 11:57

ABŞ-ın yeni sanksiyaları Moskva birjalarında Rusiya valyutasına yenə təsirsiz ötüşməyib.

XəzərXəbər Modern.az-a istinadən xəbər verir ki, hələ dünən səsləndirilən yeni sanksiyalar fonunda rubl son iki ilin ən aşağı göstəricisinə enib.

Bundan sonra isə avqustun 22-nə yeni "əjdaha” adlandırılan sanksiyaların tətbiqi xəbəri də gəlib.

Rusiya Federasiyasına ikitərəfli istifadə mallarının ixracı üçün lisenziya verilməsi də bu "əjdaha” adlandırılan sanksiyalara daxil ediləcəyi bildirilir.

Buraya həmçinin kosmos sahəsinin də aid ediləcəyi qeyd edilib.

"Həm də kosmosda əməkdaşlığa qarşı da sanksiyalar tətbiq edirik, amma biz bu sahədə bir yerdə əməkdaşlıq edir və bir yerdə isə asılıyıq. Bu mənada hər bir mövqeyi ayrı-ayrılıqda nəzərdən keçirəcəyik” – ABŞ dövlət departamentinin təqdimatında bildirilib.

Hazırda isə Moskva birjasında rublun dollar və avroya qarşı vəziyyəti belədir:

1 dollar – 66,6 rubl

1 avro – 77,2 rubl

© xezerxeber.az


200 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR