“Light”ın qiyməti son 7 həftənin minimumuna düşüb

09.08.2018 11:42

"Light” markalı neftin bir barrelinin qiyməti son 7 həftənin minimumuna enib.

"Light” neftinin qiyməti iyunun 21-dən bu vaxtadək minimum səviyyəyə düşüb.

Analitiklərin fikrincə, buna səbəb ABŞ-da neft ehtiyatlarının və sutkalıq istehsalın azalması, həmçinin də Birləşmiş Ştatlar ilə Çin arasında davam edən "ticari savaş”dır.

Qeyd edək ki, hazırda "Light” markalı neftin bir barreli Nyu-Yorkun NYMEX birjasında 66,73 dollara alıcı axtarır. (AZƏRTAC)

© xezerxeber.az


161 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR