Dünya birjalarında neftin qiyməti dəyişdi

12.07.2018 10:29

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.

XəzərXəbər xəbər verir ki, "Azeri Light” markalı neftin bir barrelinin qiyməti 2,44 dollar ucuzlaşaraq 77,92 dollar olub.

Londonun ICE ("InterContinental Exchange Futures”) birjasında "Brent” markalı neftin bir barrelinin qiyməti 1,18 dollar artaraq 74,58 dollar, Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange”) birjasında "Light” markalı neftin bir barrelinin qiyməti isə 0,51 dollar bahalaşaraq 70,88 dollar təşkil edib.

© xezerxeber.az


201 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR