Gürcüstandan elektrik enerjisinin idxalı dayandırıldı - “Azərenerji” məlumat yaydı

07.07.2018 16:57

"Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) yarımstansiyasında yanğın zamanı zədələnmiş avadanlıqların, sıradan çıxmış idarəetmə və rabitə kabellərinin bərpası üzrə müvafiq texniki tədbirlər davam etdirilir.

"Azərenerji” ASC-dən AZƏRTAC-a bildirilib ki, iyulun 3-də saat 00:20 radələrində "Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) 330 kilovoltluq yarımstansiyasında baş vermiş qəzanın genişlənərək sistem qəzasına çevrilməsi və qəzanın fəsadlarının tez bir zamanda aradan qaldırılması barədə Səhmdar Cəmiyyətin Mərkəzi Dispetçer Xidmətinin son məlumatına əsasən: "Baş vermiş 1 fazalı qısa qapanma 3 fazalı qısa qapanmaya çevrilmiş və ani olaraq "Azərbaycan” İES-də işdə olan 7 enerji bloku (1500 meqavat güc) rele mühafizəsindən şəbəkədən açılıb. Böyük güc çatışmazlığı səbəbindən (tələbatın 50 faizi həcmində) qəzanın 1-ci saniyəsində əks-qəza avtomatikasının təsirindən Azərbaycan enerji sistemi Rusiya enerji sistemindən ayrılıb.

Qəzadan əvvəlki rejimdə "Azərbaycan” İES-də istehsal olunan 1500 meqavat gücün 1000 meqavatı Bakı və Abşeronun tələbatının ödənilməsi məqsədilə ötürülürdü. Qəzanın ilk saniyələrində "Mingəçevir-Abşeron” yük ötürülməsi dəhlizinə daxil olan sistemtəşkiledici 330 kilovoltluq 1-ci Abşeron elektrik verilişi xətti "Azərbaycan” İES-də cərəyan transformatorunun dağılması səbəbindən rele mühafizəsindən və 500 kilovoltluq 2-ci Abşeron elektrik verilişi xətti isə asinxron gedişin ləğvi avtomatikasından açılıb, sistem əks-qəza avtomatikasının işləməsinə baxmayaraq, böyük aktiv və reaktiv güc çatışmazlığı və qəzanın ani olaraq baş verməsi, qəzanın selvari xarakter almasına və enerji sisteminin tam dayanmasına səbəb olub. Təxirəsalınmaz operativ tədbirlər nəticəsində enerji sisteminin bərpası təmin edilib və mövcud generasiya güclərindən istifadə edilərək, ilk növbədə həyati vacib əhəmiyyətli obyektlərin, sonradan isə generasiya gücləri bərpa edildikcə digər istehlakçıların elektrik enerjisi ilə təchizatı bərpa olunub”.

Dövlət başçısı baş verən hadisəni birbaşa öz nəzarətinə götürüb.

Ölkə enerji sisteminin yaranmış vəziyyətdən tez bir zamanda çıxarılması və qəzanın fəsadlarının aradan qaldırılması məqsədilə dərhal bütün resurslar səfərbər edilib və enerji sistemi fövqəladə iş rejiminə keçib.

Qısa vaxt ərzində verilmiş çevik reaksiya nəticəsində "Azərenerji” ASC tərəfindən qidalandırılan istehlakçılar 100 faiz elektrik enerjisi ilə təchiz edilib.

Hazırda enerji sisteminin dayanıqlı işi və respublikanın etibarlı elektrik enerjisi ilə təchizatı tam təmin edilir. Gürcüstan enerji sistemindən elektrik enerjisinin idxalı dayandırılıb və Rusiya enerji sistemi ilə paralel iş rejimində razılaşdırılmış qrafik əsasında elektrik enerjisinin ötürülməsi həyata keçirilir.

"Azərbaycan” İES-in 330 kilovoltluq yarımstansiyasında yanğın zamanı zədələnmiş avadanlıqların və sıradan çıxmış idarəetmə və rabitə kabellərinin bərpası üzrə müvafiq texniki tədbirlər davam etdirilir.

© xezerxeber.az

FOTOQALERIYA






807 dəfə oxunub

XƏBƏRLƏR

24.09.2018 10:18

Neft bahalaşıb

ÇOX OXUNANLAR