TRT HABER: Azərbaycan öz inkişaf yolunda qətiyyətlidir

13.06.2018 12:32

TANAP-ın açılış mərasimindən canlı reportaj yayan Türkiyənin TRT HABER kanalı təcavüzkar Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti və onun acı nəticələri barədə tamaşaçılara geniş məlumat verib.

AZƏRTAC xəbər verir ki, canlı yayımda TANAP layihəsinin reallaşmasında iki qardaş ölkənin liderlərinin birgə qərarlarının əhəmiyyətinə dair mühüm məqamlara toxunulub.

Aparıcı Sevil Nuriyeva tamaşaçıların diqqətinə çatdırıb ki, Azərbaycan Respublikası Ermənistanın işğalçılıq siyasətinə baxmayaraq, beynəlxalq layihələri həyata keçirməyə və hərtərəfli inkişafa davam edir. İşğalçı Ermənistan isə zaman-zaman olduğu kimi, indi də Azərbaycanda və Türkiyədə maraqları olan böyük dövlətlərin buyurduğunu yerinə yetirir. Buna baxmayaraq, Azərbaycan öz inkişaf yolunda qətiyyətlidir. O cümlədən Türkiyə dövləti də terrorizmə qarşı mübarizəyə böyük enerji sərf etməsinə baxmayaraq öz iqtisadi inkişaf dinamikasını qorumaqdadır.

© xezerxeber.az


219 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR