Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

TANAP Cənub Qaz Dəhlizinin mühüm tərkib hissəsidir - Maroş Şefçoviç

12.06.2018 15:12

Trans-Anadolu Boru Kəməri (TANAP) Cənub Qaz Dəhlizinin mühüm tərkib hissəsidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç öz "Twitter” hesabında yazıb.

"TANAP Cənubi Qafqaz Boru Kəməri (CQBK) və Trans-Adriatik Boru Kəməri (TAP) ilə birgə Cənub Qaz Dəhlizinin mühüm tərkib hissəsidir. O, bu infrastruktur layihəsinin ən uzun hissəsidir. Bu gün buna görə də əsas mərhələ tamam olur, çünki Xəzər təbii qazı artıq kommersiya əsasında Türkiyə bazarına çatdırılır”, - deyə M.Şefçoviç bildirib.

"Bu gün biz niyyətləri reallığa çeviririk və Enerji İttifaqı ilə daha bir nəzərəçarpacaq nəticəni veririk. Cənub Qaz Dəhlizi enerji təchizatçıları və marşrutlarını şaxələndirməklə Cənub-Şərqi Avropa və Cənubi İtaliya kimi ən həssas bölgələrdə də daxil olmaqla Avropa İttifaqının (Aİ) enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət kəsb edir. Biz hamımız Xəzər regionu və Avropa İttifaqı bazarının arasındakı bu "körpü”dən yararlana bilərik. Bu, uğur qazanmaq üçün birgə maraq doğurur”, - deyə Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti əlavə edib.

O deyib: "Bizim uzunmüddətli hədəfimiz azad ticarət, rəqabət və şaxələndirilmiş təchizat, mənbələr və marşrutlara əsaslanan ümumavropa enerji bazarının yaradılmasıdır. Bu, onu göstərir ki, Enerji Birliyi Aİ-nin sərhədlərində dayanmır və o, güclü xarici ölçüyə malikdir. İnanıram ki, Cənubi Qaz Dəhlizinin Avropa hissəsi olan TAP-ın tikintisi üç milli hökumətin davamlı dəstəyi sayəsində davam edəcək və nəticədə 2020-ci ildə Xəzər qazı Aİ-yə çatacaq. Bunun investisiyalar, iş yerləri, istehlakçılar üçün aşağı enerji qiymətləri və aşağı karbonlu iqtisadiyyatlara keçid baxımından tranzit və təyinatlı ölkələrə, onların yerli icmalarına mühüm faydaları olacaq”.

Xatırladaq ki, bu gün TANAP boru kəmərinin Əskişəhərədək olan hissəsi istismara veriləcək. TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 480 kilometrdir. İlkin mərhələdə TANAP-la Türkiyəyə ildə 2 milyard kubmetr qaz nəql olunacaq. Daha sonrakı üç il ərzində bu həcm 6 milyard kubmetrə çatdırılacaq. Kəmərin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması nəzərdə tutulur.

TANAP-ın səhmlərinin 51 faizi "Cənub Qaz Dəhlizi” QSC-yə, 7 faizi "SOCAR Turkey Enerji A.Ş.”yə (STEAŞ), 30 faizi "Botaş”a, 12 faizi isə BP şirkətinə məxsusdur.

© xezerxeber.az


161 dəfə oxunub

ÇOX OXUNANLAR