"ASAN xidmət"də Qida Təhlükəsizliyi Agentliyinin 14 xidməti təşkil olunacaq

12.06.2018 11:41

Qida təhlükəsizliyi ilə bağlı müvafiq xidmətlər "ASAN xidmət" mərkəzlərində həyata keçiriləcək.

Bununla əlaqədar Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Qida Təhlükəsizliyi Agentliyi arasında əməkdaşlıq haqda anlaşma memorandumu imzalanıb.

Memorandumu "ASAN xidmət"in sədri Ülvi Mehdiyev və Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli imzalayıblar.

Ü. Mehdiyev bildirib ki, "ASAN xidmət" mərkəzlərində Qida Təhlükəsizliyi Agentliyinin 14 xidməti həyata keçiriləcək.

Q. Təhməzli qeyd edib ki, iki qurumun birgə fəaliyyəti nəticəsində qida təhlükəsizliyi sahəsində uğurlar əldə ediləcək.

Memoranduma əsasən, qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatı, müvafiq sertifikatlarının verilməsi və dövlət reyestrinin aparılması ilə bağlı təşkilati işlər "ASAN xidmət" mərkəzləri vasitəsilə həyata keçiriləcək.

Memorandumda "ASAN xidmət" təcrübəsinin öyrənilməsi, xidmətlərin elektron formada həyata keçirilməsi üçün müvafiq proqram təminatının, informasiya sistemlərinin, məlumat bazalarının formalaşdırılması, "ABAD" publik hüquqi şəxslə əməkdaşlığın həyata keçirilməsi də nəzərdə tutulub. (APA)

© xezerxeber.az


154 dəfə oxunub

XƏBƏRLƏR

19.06.2018 12:52

BMT ABŞ-a etiraz edib

ÇOX OXUNANLAR