Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Venesuela neft ixracında çətinliklərlə üzləşib

11.06.2018 11:26

Venesuelanın neft ixracı bu ilin yanvar-may aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 27 azalıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Venesuela neft ixracında çətinliklərlə üzləşib. Neft istehsalı da azalan Venesuelada dövlətə məxsus PDVSA ("Petroleos de Venesuela”) şirkəti arbitraj qərarları ilə əlaqədar neft ixracı müqavilələri üzrə öhdəliklərini vaxtında yerinə yetirə bilmir. Son zamanlarda Venesuela limanlarında 24 milyon barrel yükləmə gözləyən tankerlərin olduğu bildirilir.

Xüsusilə ABŞ-ın "ConocoPhilipps” neft şirkətinin qazandığı 2 milyard dollarlıq arbitraj məhkəməsindən sonra öz alacaqlarını təmin etmək üçün "PDVSA”nın Karib adalarındakı neft emalı zavodlarının məhsullarını mənimsəyib. Bundan sonra Venesuela yükləmələri öz limanlarından etməyə məcbur olub.

© xezerxeber.az


92 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR