Bakı
8 C
USD
EUR
1.7001
2.0116
RUB
GBP
0.0290
2.2843
XƏBƏR
ARXİVİ

Azərbaycandan Rusiyaya turist səfərləri 7% artıb

11.06.2018 11:25

2018-ci ilin I rübü ərzində Rusiyaya səfərlərin statistikası açıqlanıb.

Xezerxeber.az-ın "İnterfax”a istinadən verdiyi xəbərə görə, "TurStat” agentliyinin məlumatına əsasən hesabat dövrü ərzində Azərbaycandan Rusiyaya turist səfərlərinin sayı 193 min təşkil edib, bu da ötən ilin yanvar-mart aylarının göstəricisindən 7% çoxdur. Rusiyaya turist səfərlərinin sayına görə, Azərbaycan 5-ci yerdə qərarlaşıb.
Bu il Rusiyaya səfər turizmi Cənub-Şərqi Asiya və Avropa İttifaqına üzv ölkələrdən olan turistlərin sayı hesabına artır. Birinci rüb ərzində xarici vətəndaşların Rusiyaya turist səfərlərinin ümumi sayı 4,3 mln., ötən il ərzində - 24 mln. təşkil edib.
Birinci rübün yekunları üzrə Rusiyaya səfər turizmin siyahısında ilk onluqda həmçinin Ukrayna, Qazaxıstan, Çin, Finlandiya, Polşa, Ermənistan, Moldova, Qırğızıstan daxildir.

© xezerxeber.az


65 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR