Bakı
8 C
USD
EUR
1.7001
2.0116
RUB
GBP
0.0290
2.2843
XƏBƏR
ARXİVİ

Mərkəzi Bank kriptovalyutalarla bağlı riskləri dərindən araşdırır

17.05.2018 10:31

"Hazırda bir sıra ölkələr kriptovalyutalarla bağlı konservativ mövqe sərgiləyirlər".

Bunu bu gün Bakıda Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən "Maliyyə Texnologiyalarında Yeni Trendlər: Blokçeyn, Kriptovalyutalar və Təhlükəsizlik mövzusunda" forumda Mərkəzi Bankın İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev deyib.
Onun sözlərinə görə, hələ də bu valyutanın konkret pul vahidi kimi formalaşması prosesi tam başa çatmayıb. "Biz də dünyada gedən prosesləri yaxından izləyirik. Bizim də kriptovalyutalarla bağlı mövqeyimiz konservativdir. Ölkə üzrə bu proseslərin risklərini dərindən araşdırırıq," - deyə A. Quliyev bildirib.
A. Quliyev qeyd edib ki, maliyyə sistemində kiber hücumların olması bu istiqamətdə sistemdə boşluğun olduğunu göstərir: "Bu baxımdan qabaqlayıcı tədbirlərin görülməsi zəruridir". (APA)

© xezerxeber.az


134 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR