Bakı
8 C
USD
EUR
1.7001
2.0116
RUB
GBP
0.0290
2.2843
XƏBƏR
ARXİVİ

Bu il Azərbaycan 71 mln. dollarlıq buğda idxal edib

16.05.2018 12:05

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan 70 mln. 971,29 min dollar dəyərində 406 min 842,41 ton buğda idxal edib.
 
Bu barədə "APA-Economics” Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib.
 
Məlumata görə, bu, həcm baxımından 2017-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 145 min 447,79 ton və ya 55,64% çoxdur. Məbləğ baxımından isə illik nisbətdə 22 mln. 509,38 min dollar və ya 46,44% çoxdur.
 
Qeyd edək ki, 2017-ci ilin yanvar-aprel aylarında Azərbaycana xarici ölkələrdən 48 mln. 461,91 min dollar dəyərində 261 min 394,62 ton buğda idxal edilib.
 
Qeyd edək ki, 2018-ci ilin yanvar-aprel aylarında buğda idxalı Azərbaycanın ümumi idxalının 2,35%-ni təşkil edib.

© xezerxeber.az


110 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR