Bakı
8 C
USD
EUR
1.7001
2.0116
RUB
GBP
0.0290
2.2843
XƏBƏR
ARXİVİ

2014-cü ilin noyabrından sonra Brent markalı neftin qiyməti ilk dəfə 79 dolları keçib

15.05.2018 15:40

Dünya birjalarında neft yenidən bahalaşıb.
"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,60 dollar və ya 0,85% artaraq 71,56 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,82 dollar ya 1,05% artaraq 79,05 dollar təşkil edib.
Qeyd edək ki, Brent markalı neftin bir barelinin qiyməti sonuncu dəfə 2014-cü ilin noyabrın 25-də 79 dollar olub.

© xezerxeber.az


390 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR