Naxçıvanda 11 min tondan çox yük daşınıb

15.05.2018 15:32

Muxtar respublikada dəmir yolu nəqliyyatından istifadə sahəsində ardıcıl tədbirlər görülür, maddi-texniki baza gücləndirilir.

XəzərXəbər xəbər verir ki, aprel ayında Yük və Sərnişin Daşımaları İdarəsi tərəfindən muxtar respublika ərazisindəki ayrı-ayrı tikinti təşkilatlarının ünvanına 11 min tondan artıq müxtəlif təyinatlı yük daşınıb.

Hesabat dövründə Ordubad-Şərur və Şərur-Culfa istiqamətində hərəkət edən yük-sərnişin qatarları vasitəsilə 13 min 708, Naxçıvan-Məşhəd-Naxçıvan istiqaməti üzrə hərəkət edən beynəlxalq sərnişin qatarı vasitəsi ilə 287 sərnişin daşınıb.

© xezerxeber.az


260 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR