Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Azərbaycanda dünyada ilk dəfə onlayn vahid ixrac ərizəsi yaradılıb

14.02.2018 11:55

Azərbaycanda dünyada ilk dəfə onlayn vahid ixrac ərizəsi yaradılıb.

Bununla bağlı fevralın 14-də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində keçirilən təqdimat mərasimində "Azexport" portalının meneceri Zaur Qardaşov yeni sistem haqqında ətraflı məlumat verib. Bildirilib ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi yeni xidməti Rəqəmsal Ticarət Qovşağı və "Azexport" portalı vasitəsilə həyata keçirəcək. Sahibkarlar vahid ixrac ərizəsini onlayn qaydada doldurmaqla məhsullarını daha asan ixrac edə biləcəklər. "Yeni sistemin işə salınması ixrac prosedurlarının icrasında məmur-sahibkar təmasını minimuma endirəcək, sənədlərin icra müddətini bir neçə dəfə azaldacaq, bölgələrdəki sahibkarlar üçün icazələrin alınması proseduru daha rahat olacaq", - deyə Z.Qardaşov diqqətə çatdırıb.

Qeyd edək ki, ixracda tələb olunan icazələrin, ixrac gömrük bəyannaməsinin və ixrac təşviqinin vahid elektron ərizə əsasında verilməsi Prezident İlham Əliyevin "Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanında nəzərdə tutulub. (AZƏRTAC)

© xezerxeber.az


306 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR