Ziyad Səmədzadə: Uçot dərəcəsinin azaldılmasının tərəfdarıyıq

13.02.2018 11:20

"Uçot dərəcəsinin azaldılmasının tərəfdarıyıq. Pul kütləsi o zaman sıxılmalıdır ki, inflyasiya aşıb-daşsın. Amma indi uçot dərəcəsi azaldılmalıdır ki, iqtisadi aktivlik yaransın".

Xezerxeber.az məlumat verir ki, bu barədə fevralın 13-də Vergilər Nazirliyinin təşkil etdiyi "Vergilər. Şəffaflıq. İnkişaf" adlı konfransda çıxış edən Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Hazırda Azərbaycanda bütün büdcə daxilolmalarında sadələşdirilmiş verginin payı 0,8 faiz, vergi daxilolmalarında isə bu 4-5 faizdir.

O, ölkədə vergi uçotunun təkmilləşdirilməsini təklif edib: "Necə olur ki, eyni məhsulun rentabelliyi bir yerdə 18 faiz , digər yerdə isə 2 faizdir”, - deyə o sual verib.

© xezerxeber.az


77 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR