Azərbaycanda yeni su anbarları tikiləcək

13.02.2018 08:47

Azərbaycanda yeni su anbarları tikiləcək.

Xezerxeber.az-ın məlumatına görə, bu, bu gün Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”nda əksini tapıb.
Dövlət Proqramına əsasən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi və Fövqəladə Hallar Nazirliyi 2018–2025-ci illərdə çayçılıq rayonlarında çay sahələrinin su təminatının yaxşılaşdırılması və yeni sahələrin əkin dövriyyəsinə cəlb edilməsi üçün su təsərrüfatı obyektlərinin təmiri, bərpası, yenidən qurulması və tikintisini (Viləşçay su anbarının 2-ci növbəsinin, Boladıçay, Viravulçay və digər su anbarlarının tikintisi) həyata keçirməlidir.

© xezerxeber.az


329 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR