Yanvarda OPEC üzrə neft hasilatı azalıb

12.02.2018 16:32

Yanvarda Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) üzrə gündəlik neft istehsalı azalıb.

Bu barədə OPEC-in aylıq hesabatında deyilir. Bildirilir ki, OPEC-in xam neft istehsalı yanvarda 2017-ci ilin dekabr ayı ilə müqayisədə gündəlik 8 min barrel azalaraq 32 milyon 300 min barrel olub. Bunun nəticəsində OPEC-in dünya neft hasilatındakı payı 33,1 faizə geriləyib.

Ötən ay OPEC üzrə xam neft istehsalı ən çox İraq, Səudiyyə Ərəbistanı və Liviyada artıb. Venesuela, Anqola, Əlcəzair və Nigeriyada isə hasilat azalıb. İqtisadi və siyasi baxımdan çətinliklər yaşayan Venesuelada gündəlik neft istehsalı yanvarda dekabrla müqayisədə 47 min 300 barrel azalaraq 1600 barrelə düşüb. Anqolada gündəlik neft hasilatı 10 min 900 barrel, Əlcəzairdə isə 8 min 500 barreldən çox azalıb.

Keçən ay dünya üzrə 2 min 257 neft quyusu istismara verilib. Bu quyulardan 554-ü OPEC-ə üzv olan ölkələrdədir.

© xezerxeber.az


243 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR