Bir manat metal pulla əvəz olunacaq? - Mərkəzi Bankdan cavab

12.02.2018 15:49

Azərbaycanda 1 manatlıq əksinazların dəyişdiriləcəyi iddia edilir. Sosial şəbəkədə yayılan məlumata görə, may ayından etibarən bir manatlıq əksinazlar metal pullarla əvəzlənəcək.

AzVision.az məlumatı dəqiqləşdirmək üçün Mərkəzi Bankla əlaqə saxlayıb. Bildirilib ki, məlumat tamamilə yanlışdır.

"1 manatlıq əksinazların metal pullarla əvəz edilməsi barədə məlumat yanlışdır. Belə dəyişiklik nəzərdə tutulmayıb”, - deyə məlumatada qeyd edilib.

© xezerxeber.az


140 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR