“Azərbaycanda iqtisadi artım gözlənilir” - “Moody’s”

12.02.2018 14:35

2018-ci ildə Azərbaycanda ümumi daxili məhsul 1,5 faiz arta bilər.

XəzərXəbər Trend-ə istinadən xəbər verir ki, bu barədə "Moody’s” beynəlxalq reytinq agentliyinin hesabatında qeyd edilib.

"İqtisadi diversifikasiyanın perspektivləri” adlı sənəddə qeyd olunur ki, bu il Azərbaycanda tədiyyə balansı ÜDM-in 1%-i olmaqla, profisitlə icra olunacaq. Bununla yanaşı, tədiyyə balansının profisiti dövlət borcunun sabitləşməsinə imkan verəcək.

Bildirilir ki, 2017-ci ilin əvvəlində neftin qiymətinin artması Azərbaycan iqtisadiyyatının sabitləşməsinə dəstək verdi:

"Neftin 65-70 dollar-barel səviyyəsində olan cari qiyməti Azərbaycanın iqtisadi inkişafına dəstək verəcək”.

© xezerxeber.az


183 dəfə oxunub

XƏBƏRLƏR

28.05.2018 13:40

Payız havası olacaq...

ÇOX OXUNANLAR