Avropada bank sirri bitdi

12.02.2018 13:25

Avropa Komissarlığının İqtisadi və Maliyyə İşləri üzrə müvəkkili Piyer Moskovisi Avropada artıq heç bir bank sirri olmadığını söyləyib.

O, "Avropada bank sirri bitdi. Kimsə İsveçredə bir hesaba sahibsə, avtomatik bir məlumat mübadiləsi gedir, yəni bir an əvvəl biz bunu biləcəyik " deyə bildirib.

Onun sözlərinə görə, informasiya mübadiləsi üzrə saziş Lixtenşteyn, San Marino, Andorra və Monako ilə imzalanıb.

© xezerxeber.az


84 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR