Ötən il rekord səviyyədə ipoteka krediti verilib

12.01.2018 15:06

İpoteka kreditlərinin verilməsi sahəsində yeniliklərin tətbiqi, prosesin əhəmiyyətli dərəcədə sadələşdirilməsi və tam avtomatlaşdırılması bu kreditlərə əhali arasında yüksək tələbin formalaşmasına zəmin yaradıb.
İpoteka və Kredit Zəmanət Fondundan xezerxeber.az-a verilən xəbərə görə, nəticədə, əvvəlki illərlə müqayisədə 2017-ci ildə rekord sayda və ən yüksək həcmdə ipoteka kreditləri verilib.
2017-ci il ərzində müvəkkil banklara ümumi məbləği 859,7 mln. manat təşkil edən 12 702 sayda müraciət daxil olub, 203,1 mln. manat məbləğində isə 3109 ipoteka krediti verilib.
Ötən il ərzində verilmiş kreditlərin 1 076 ədədi (70,6 mln.manat) güzəştli ipoteka kreditlərinin payına düşüb. Qeyd etmək lazımdır ki, Cəmiyyətin vəsaiti hesabına güzəştli ipoteka kreditlərinin verilməsinə 2007-ci ildən başlanılıb. Güzəştli kreditlər dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına verilir və dövlət büdcəsindən Cəmiyyətə ayrılmış vəsaitlər tam şəkildə bu kreditlərin maliyyələşdirilməsinə yönəldilir.
2017-ci il ərzində verilmiş ipoteka kreditlərinin 2860 ədədi (184,2 mln.manat) Cəmiyyət tərəfindən maliyyələşdirilib. Ümumilikdə, 2006-2017-ci illərdə Cəmiyyətin vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin ümumi məbləği 944,3 mln. manata, bu kreditlər hesabına öz yaşayış şəratini yaxşılaşdırmış ailələrin sayı isə 21300-ə yaxın olub. Bu kreditlərin 278,7 mln. manatdan çox hissəsini (6238 ədəd) güzəştli kateqoriyalara aid şəxslərə verilmiş kreditlər təşkil edib.
İpoteka kreditlərindən faydalananların 70,3%-ni gənclər və gənc ailələr təşkil edib, kreditlərin 24,1%-i isə regionlarda verilib.

© xezerxeber.az


320 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR