Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Bakıda dünyada ən çox bəyənilən 5-ci şəhərdir

12.01.2018 11:09

Turistlər arasında populyar olan "Lonely Planet” portalı qeyri-adi arxitekturasına görə həvəskar turistlərin bəyənəcəyi şəhərlərin siyahısını açıqlayıb.

Reytinq ilk növbədə dünyanın arxitektura mərkəzləri – Paris, Nyu-York və Londonda olan və yeni marşrutlar axtaran şəxslər üçün hazırlanıb.

Bakı reytinqdə beşinci yeri tutub. Reytinqi hazırlayanlar turistlərə İçərişəhərdə gəzməyi, Qız qalası və Heydər Əliyev Mərkəzini ziyarət etməyə məsləhət görür.

Reytinqdə ilk pilləni Barselona tutub. İkinci yerdə isə Türkiyənin ən böyük şəhəri oaln İstanbul gəlir. Növbəti yerləri müvafiq olaraq Roma və Şanxay tutur.

"Lonely Planet” ekspertləri qeyri-adi arxitekturasına görə, həvəskar turistlərin bəyənəcəyi şəhərlərin siyahısına həmçinin Braziliya, Oksford, Mayami, Mumbay və Çikaqonun adını da əlavə edib. /azvision.az

© xezerxeber.az


224 dəfə oxunub

ÇOX OXUNANLAR