Zərgərlik və digər məişət məmulatlarına görə 188,6 min manat rüsumun ödənilməsi təmin edilib

11.01.2018 13:32

Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətinə ekspertiza, analiz, əyarlanma və damğalanmaq üçün daxil olmuş qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarına görə 2017-ci il ərzində 188,6 min manat dövlət rüsumunun ödənilməsi təmin edilib. Bu barədə Trend-ə nazirlikdən məlumat verilib.

Qeyd olunub ki, sahibkarların müraciətləri əsasında zəruri cihaz və avadanlıqlarla təchiz edilmiş stasiyonar və mobil laboratoriyada ölkədə istehsal edilən və xaricdən gətirilərək ticarət şəbəkələrində satışa çıxarılan qiymətli metallar və qiymətli daşlardan hazırlanmış zərgərlik və digər məişət məmulatları üzərində mütəmadi əyar nəzarətinin həyata keçirilməsi təmin edilib.

Azərbaycan Prezidentinin 2016-cı il 20 aprel tarixli fərmanı ilə təsdiq edilmiş "Lisenziya və icazələr haqqında” sanunun 3 nömrəli əlavəsində "Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı”nın 70-ci bəndinə əsasən, qiymətli metallardan hazırlanmış məhsulların, o cümlədən zərgərlik və digər məişət məmulatlarının dövlət əyar damğası icazələr növünə aid edilib və ümumilikdə 1404 hüquqi və fiziki şəxslərə icazə verilib.

"Qiymətli metallar və qiymətli daşlar haqqında” qanunun 10.3-cü bəndinə əsasən, Azərbaycanda sahibkarlıq fəaliyyəti subyektləri tərəfindən istehsal edilmiş, habelə Azərbaycan ərazisində satışa çıxarılan qiymətli metallardan və qiymətli daşlardan olan zərgərlik və digər məişət məmulatları Azərbaycanın dövlət əyar damğası ilə damğalanması barədə və habelə "Qiymətli metallar və qiymətli daşlar haqqında” qanuna edilmiş dəyişikliklərlə əlaqədar, Xidmət səlahiyyətləri daxilində "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun tələbləri ilə bağlı mütəmadi olaraq qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi, dövriyyəsi ilə məşğul olan sahibkarlıq fəaliyyəti subyeklərinə izahat məktubları göndərir.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 2015-ci il 20 oktyabr tarixli fərmanı ilə təsdiq edilmiş "Sahibkarlıq sahəsində aparılmış yoxlamaların dayandırılması haqqında” qanuna əsasən 2015-ci il 1 noyabr tarixindən Xidmət tərəfindən aparılan yoxlamalar dayandırılıb.

© xezerxeber.az


167 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR