Koreyanın qərarı “Bitcoin”-i çökdürdü – 13130 dollar

11.01.2018 10:25

Dünyada ən məşhur kriptovalyuta olan "Bitcoin”-in dəyəri azalaraq 13130 dollara düşüb.

XəzərXəbər "CoinMarketCup”-a istinadən xəbər verir ki, "Bitcoin”-in dəyəri 8,7% ucuzlaşıb.

Qeyd edək ki, ötən gün Cənubi Koreyanın ədliyyə naziri Pak San Qi bəyan edib ki, hökumət ölkədə kriptovalyuta ilə ticarəti qadağa edən qanun layihəsi hazırlayır. Bu açıqlamadan sonra "Bitcoin”-in dəyəri düşməyə başlayıb.

Nazirin sözlərinə görə, hökumət virtual valyuta ətrafındakı vəziyyətdən narahatdır. Cənubi Koreya "Bitcoin” və "Ethereum”un satışı üzrə ən böyük bazarlardandır.

© xezerxeber.az


482 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR