Pambıq tədarükü 2,7 dəfə artıb

14.11.2017 16:35

Noyabrın 14-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 175 min 201,51 ton məhsul təhvil verilib.

Dövlət Statistika Komitəsindən xezerxeber.az-a bildiriblər ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 dəfə çoxdur. Belə ki, keçən il noyabrın 14-dək 64 min 149 ton məhsul tədarük edilmişdi.

Qeyd edək ki, bu il ötən illə müqayisədə 2,7 dəfə çox – 136 min 413,2 hektar çiyid səpilib. Bu il ən çox pambıq Saatlı (17220 hektar), İmişli (15641,5 hektar), Sabirabad (15055 hektar), Biləsuvar (11351,8 hektar) və Neftçalada (11111 hektar) əkilib.

© xezerxeber.az


50 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR