Azərbaycanın elektrik enerjisi ixracı 2 dəfəyədək artıb

14.11.2017 15:23

Bu ilin ilk on ayında Azərbaycandan 843 milyon 841 min kilovat/saat elektrik enerjisi ixrac olunub.

Dövlət Gömrük Komitəsindən (DGK) xezerxeber.az-a verilən məlumata görə, yanvar-oktyabr aylarında ölkənin elektrik enerjisi ixracı 2016-cı ilin analoji dövrü - 449 milyon 938 min kilovat/saat ilə müqayisədə təxminən 2 dəfəyədək artıb.

Hesabat dövründə ixrac olunan elektrik enerjisinin dəyəri isə 37 milyon 259 min ABŞ dolları təşkil edib.

© xezerxeber.az


37 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR