Ötən ay bahalaşan və ucuzlaşan məhsulların SİYAHISI

13.11.2017 17:38

2017-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 13,7 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 17,6 faiz, qeyri-ərzaq mallarının qiymətləri 12,4 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,6 faiz artıb.

Dövlət Statistika Komitəsindən xezerxeber.az-a verilən məlumata görə, cari ilin oktyabr ayında sentyabr ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 1,1 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,3 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,2 faiz artıb.

Ay ərzində toyuq və sümüksüz mal əti, kolbasa məmulatları, balıq məhsulları, süd məhsulları, pendir və yumurta, kərə, zeytun və günəbaxan yağları, banan, armud, üzüm, göyərti, pomidor, xiyar, bibər, badımcan, lobya, kök, sarımsaq, soğan, kartof, qəhvə, çay və kakaonun qiymətlərində artım, düyü, un, manna və qarabaşaq yarması, makaron məmulatları, sümüklü mal əti, portağal, naringi, alma, heyvan, nar, xurma, kivi, qoz, fındıq, şabalıd, şəkər və şəkər tozunun qiymətlərində isə azalma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Trend-in məlumatına görə, oktyabr ayında sentyabr ayı ilə müqayisədə qeyri-ərzaq mallarından parçalar, geyim və ayaqqabılar, inşaat materialları, mebel və ev əşyaları, xalça və digər döşəmə örtükləri, kiçik elektrik cihazları, minik avtomobilləri, telefon aparatları, dəftərxana ləvazimatlarının qiymətlərində artım, paltaryuyan maşınlar və fotoaparatların qiymətlərində isə azalma müşahidə olunub. Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Oktyabr ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilən ödənişli xidmətlərdən MDB ölkələrinə dəmiryol və hava nəqliyyatı ilə sərnişindaşıma xidmətlərinin qiymətlərində azalma, digər ölkələrə hava nəqliyyatı ilə sərnişindaşıma xidməti, paltarların təmizlənməsi, təmiri və kirayəsi xidməti, mənzillərin icarə haqqı, stomatoloji xidmətlər, bərbərxana və kosmetik xidmətlərin qiymətlərində isə artım müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

© xezerxeber.az


83 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR