Ölkəmizdə Qafqaz xurmasının nəsli kəsilmək üzrədir - Laboratoriya müdiri

12.11.2017 13:42

Azərbaycan Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutunun herbari və toxumçuluq laboratoriyasının fondunda 620 növdən çox toxum saxlanılır. Bu toxumlar ekspedisiyalar yolu ilə Azərbaycanın müxtəlif bölgələrindən, o cümlədən Naxçıvan Muxtar Respublikasından gətirilib. Laboratoriyanın təcrübə bazasında toxumlar səpilərək Abşeron şəraitinə uyğunluğu öyrənilir. Bakı çuzqununun bizdə toxumu və herbarisi var. Biz bu nadir bitkilərin herbarisini və toxumunu bərpa etmək istəyirik.

AZƏRTAC xəbər verir ki, bunu Dendrologiya İnstitutunun herbari və toxumçuluq laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Minarə Həsənova deyib. Onun sözlərinə görə, Dendrologiya İnstitutu xarici ölkələrin botanika bağları ilə daim toxum mübadiləsi aparır. İnstitutdan əsasən Eldar şamının, eləcə də Qara şamın toxumunu istəyirlər.

Laboratoriya müdiri iqlimin və antropogen amillərin bitkilərə təsirindən də danışıb: "Kəndəlaş Azərbaycanın bütün bölgələrində bitir. Artıq bu bitkilərin areallarının kiçildiyini müşahidə edilir. Eləcə də Qafqaz xurmasının nəsli kəsilmək üzrədir. Tovuz rayonunda ekspedisiyada oldum, orada Qafqaz xurması vaxtilə çox idi, artıq bu bitkiyə orada çox nadir hallarda rast gəlinir. Bunun da hamısı antropogen amillərlə əlaqədardır”.

© xezerxeber.az


84 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR