İpoteka sistemi ilə bağlı son yeniliklər müzakirə edilib

10.11.2017 18:07

"Azərbaycan Banklar Assosiasiyası"nda (ABA) ipoteka sistemi ilə bağlı son yeniliklər və problemlər müzakirə olunub.

Xezerxeber.az ABA-ya istinadla xəbər verir ki, bu məqsədlə "İpoteka krediti proqramının inkişafı üzrə Ekspert Qrupu"nun növbəti iclası keçirilib. İclasda ipoteka sistemindəki problemlər, banklara girov qoyulmuş daşınmaz əmlakın sökülməsi ilə əlaqədar banklar üçün məlumatlandırma mexanizminin hazırlanması ilə bağlı müzakirələr aparılıb.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın yaradılmasında əsas məqsəd üzv təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olub. Hazırda 30 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda, "Azericard" MMC ABA-nın üzvüdür.

© xezerxeber.az


131 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR