Qaziantepdən Azərbaycana 4,1 milyon dollarlıq ayaqqabı və tərlik ixrac olunub

10.11.2017 17:22

Cari ilin yanvar-oktyabr ayı ərzində Türkiyənin ayaqqabı istehsalında əhəmiyyətli bir bölgə sayılan Qaziantep şəhərindən Azərbaycana 4,1 milyon dollarlıq ayaqqabı və tərlik ixrac olunub.

Xezerxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu ilin 10 ayında Qaziantep Azərbaycanla yanaşı, İraq, Səudiyyə Ərəbistanı, Yəmən, Sudan, Rusiya, Liviya, Suriya, Əlcəzair və s. ölkələrə ümumi dəyəri 100 milyon dollardan çox olan ayaqqabı və tərlik ixrac edib.

Bu dövrdə ən çox ayaqqabı və tərlik (45 milyon dollarlıq) İraqa ixrac olunub.

© xezerxeber.az


285 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR