Çinin bu addımı dolları kəskin ucuzlaşdıracaq

13.10.2017 15:36

Dünyanın ən böyük neft idxalçısı olan Çin digər ölkələrdən neft alarkən yuandan istifadə olunmasının təşviqi üçün müxtəlif üsullardan istifadə edir. Əgər bu addım müvəffəqiyyətlə reallaşarsa dolların dünyanın əsas valyuta kimi dəyəri azalacaq.

AZƏRTAC "USA Today”ə istinadla xəbər verir ki, Çin Səudiyyə Ərəbistanını neft əməliyyatlarında yuandan istifadə etməyə təşviq etmək üçün özünün dünyanın ən böyük neft idxalçısı olması mövqeyindən istifadə edir. Bu, qlobal valyuta bazarlarında ən mühüm inkişaflardan biri kimi qəbul edilə bilər.

Qeyd edək ki, Çin hazırda dünyanın ən böyük neft idxalçısıdır. 2016-cı ildə Çinin xam neft idxalı gündəlik orta hesabla 7,6 milyon barrel təşkil edib. Bu, illik göstəricidə 138 milyard dollarlıq bir əməliyyatdır. Buna görə də, Çin neftin dollarla satılmasını istəmir.

© xezerxeber.az


1553 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR