Bakıdan Gəncəyə qatarla 4 saata getmək mümkün olacaq

13.10.2017 14:17

Bakıdan Gəncəyə sürət qatarı ilə sərnişinlər təxminən 4 saata çata biləcəklər. Gələn il istifadəyə verilməsi planlaşdırılan Bakı-Gəncə sürət qatarında gediş haqqı təqribən 20 manat olacaq.

Xezerxeber.az məlumat verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, sərnişinlər Bakıdan Gəncəyə sürət qatarı ilə təxminən 4 saata çata bilərlər. Bu istiqamətdə gediş haqqı 10-14 dollar arası hesablanıb ki, bu da təqribən 20 manat edir.

© xezerxeber.az


177 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR