Azərbaycan Belarusdan 4 milyon dollar məbləğində dərman preparatları alacaq

13.10.2017 09:40

Azərbaycan Belarusun Borisovski dərman preparatları zavodu ilə 4 milyon dollar məbləğində dərman tədarükü barədə müqavilə imzalayıb.

"Report” BELTA-ya istinadən xəbər verir ki, bu barədə "Belfarmprom” holdinqinin idarəetmə şirkəti” respublika unitar müəssisəsinin baş direktor müavini Viktor Şein məlumat verib.

Müqavilə sentyabrın 28-dən 30-dək "Baku Expo Center” keçirilən XXIII Azərbaycan beynəlxalq səhiyyə sərgisinin yekunu üzrə imzalanıb.

Həmin zaman Belarus nümayəndə heyətinə səhiyyə naziri Valeri Malaşko rəhbərlik edib.

"Sərgi çərçivəsində Azərbaycana dərman preparatlarının satışı üzrə müqavilələr imzalanıb. Dəyəri 4 milyon dollar olan ən çox müqavilə "Borisovski dərman preparatları zavodu” ASC-nin direktoru ilə imzalanıb", - deyə Viktor Şein əlavə edib.

© xezerxeber.az


75 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR