Bakının bəzi yollarında tıxac var

13.10.2017 09:17

Yağışlı hava şəraiti Bakının bəzi yollarında nəqliyyatın hərəkətində sıxlığa səbəb olub.

Bu barədə xezerxeber.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
BNA-dan bildirilib ki, hazırda paytaxtın H. Əliyev (şəhər mərkəzi istiqamətində), Neftçilər, Q. Qarayev (metronun Koroğlu stansiyası istiqamətində) və Tbilisi prospektlərində, Y. Səfərov (şəhər mərkəzi istiqamətində) Ü.Hacıbəyli, Z.Əliyeva, küçələrində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

© xezerxeber.az


33 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR