"Hazırda AÇG-də 550 mln. tondan çox neft var"

12.10.2017 11:28

Hazırda Xəzərin Azərbaycan sektorundakı "Azəri”, "Çıraq” yataqlarında və "Günəşli” yatağının dərinsulu hissəsində 550 milyon tondan çox neft ehtiyatı var. Bu ehtiyatların artması ehtimalı var.

Xezerxeber.az məlumat verir ki, bu barədə oktyabrın 12-də Bakı öz işinə başlayan Beynəlxalq Neft Sammitində SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib. O bildirib ki, "Şahdəniz-1" yatağından illik 9 milyard kubmetr təbii qaz hasil edilir. "Şahdəniz-2" yatağı istifadəyə verildikdən sonra əlavə 16 milyard kubmetr qaz çıxarılacaq. Bu həcmin 6 milyard kubmetri Türkiyə bazarına, 10 milyard kubmetri isə Avropa bazarına çatdırılacaq.

© xezerxeber.az


174 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR