Bank hesablarını tənzimləyən yeni qaydalar gəlir

11.10.2017 14:36

Azərbaycan Banklar Assosiasiyasında (ABA) Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən ABA-ya ünvanlanmış "Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydaları"nın yeni layihəsinə rəy və təkliflərin müzakirəsi həyata keçirilib.

ABA-dan xezerxeber.az-a bildiriblər ki, bundan əvvəl MBNP tərəfindən göndərilən bu qaydalara rəylər və təkliflər Azərbaycan Banklar Assosiasiyası tərəfindən müzakirə üçün toplanılıb. Rəy və təkliflərin müzakirəsi "Müvəqqəti İşçi Qrup"un ilk iclasında müzakirə olunub.

Müzakirə MBNP, Maliyyə Monitorinq Xidmətinin və ABA-nın "Çirkli pulların yuyulmasına qarşı mübarizə və komplayens" və "Hüquqi məsələlər" üzrə ekspert qruplarının nümayəndələrindən ibarət "Müvəqqəti İşçi Qrup"u tərəfindən həyata keçirilib.

"Müvəqqəti İşçi Qrup" məhz sözügedən yeni layihənin rəy və təkliflərinin toplanması və emalı məqsədilə yaradılıb.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın yaradılmasında əsas məqsəd üzv təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olub. Hazırda 30 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda "Azericard" MMC ABA-nın üzvüdür.

© xezerxeber.az


53 dəfə oxunub

ÇOX OXUNANLAR