Dünyanın ən tanınmış şirkətindən biri "Bitcoin"ə güvənmir - ÇOX TƏHLÜKƏLİDİR

13.09.2017 16:59

Dünyanın maliyyə-pul sisteminə yeni bir anlayış daxil olub.

Bu eletron puldur. Yeni kriptovalyutalar tək ödəniş sistemi deyil, həm də valyutadır. Kriptovalyutaların ən məşhuru isə "Bitcoin"dir. "Bitcoin mənşəyi məlum olmayan "məxfi pul” anlamına gəlir. Bu valyuta vahidi yalnız şifrələnmiş elektron məlumatdır. Onun məxfiliyi o dərəcədə yüksəkdir ki, bu kriptovalyutaları təkrarlamaq mümkün deyil. "Bitcoin" 2008-ci ildə Satoşi Nakatomo tərəfindən təsis olunub. Lakin "Satoşi Nakatomo"nun insan, yoxsa bir neçə proqramçının təxəllüsü olduğu bilinmir.

2009-cu ilin yanvarında 3-də ilk "Bitcoin" bloku yaradılıb və yanvarın 12-də "Bitcoin"lə ilk əqd aparılıb. Tez bir zamanda internetdə böyük sayda "Bitcoin" üzrə mübadilə xidmət mərkəzləri yaradılıb. 2013-cü ildən "Bitcoin"in qiyməti artmağa başlayıb, çünki ondan istifadə edənlərin sayı artırdı və istifadə olunma istiqamətləri genişlənib. Hazırda "Bitcoin"in məzənnəsi nə az, nə çox 4 300 dollara bərabərdir.


"Bitcoin"in hər gün dəyərə minməsi bu valyutaya yatırım edənlərin sayını getdikcə artırır. Risk faktorlarını nəzərə alıb ölkəmizdə də bu işlə məşğul olan, kifayət qədər də yaxşı qazanc əldə edən şəxslər var.

Maraqlıdır, iqtisadçılar indiki məqamda "Bitcoin"ə yatırım edilməsini doğru hesab edirmi?

Məsələyə münasibət bildirən iqtisadçı Natiq Cəfərli "Bitcoin"ə yatırımı riskli hesab edir:

"JP morgan" kimi nüfuzlu yatırım şirkətinin idarəçisi Jamie Dimon belə bir maraqlı bəyanatla çıxış edib: "Bitcoin"ə güvən çox aşağıdır və mənim yatırımcılarım "Bitcoin"ə yatırım qoysalar, onları işdən çıxararam”. Bu onu göstəririr ki, dünyanın ən tanınmış 5 şirkətindən biri "Bitcoin"ə güvənmir. "Bitcoin"də pul qazanmaq mümkündür. Yəni, yatırımcı dünyada gedən xəbər axınını izləyib vaxtında çıxa bilsə, əldə etdiyi "Bitcoin"i baha qiymətə satıb gəlir qazana bilər. Amma qlobal anlamda bir müddətdən sonra "Bitcoin"lə bağlı ciddi qərarlar alınacaq. Artıq indidən çox ciddi araşdırma yazılar mövcuddur. Həmin yazılarda deyilir ki, "Bitcoin"dən terrorçu və narkotik alverçiləri daha çox istifadə etməyə başlayıblar. Bu da dünya ölkələrini narahat edir. Mənə elə gəlir ki, bu, sübuta yetirilsə, növbəti "G-7", "G-20" sammitlərin birində sammitlərinij birində Kriptovalyuta ilə bağlı ciddi qərarlar qəbul oluna bilər. Bu da qlobal bazarlarda "Bitcoin" və Kriptovalyutanın qiymətinin kəskin azalmasına səbəb ola bilər. Bir iqtisadçı kimi bu tip yatırımları riskli sayıram".

© xezerxeber.az


162 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR